ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxs atışma başlamazdan əvvəl hadisə yerində pilotsuz uçan aparatdan istifadə edib.
Qanunla.Az xəbər verir ki, bunu ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl təsdiqləyib.
O, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin iclasında Trampa atəş açan şəxsin həqiqətən də drondan istifadə edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.
Çitl hadisənin digər təfərrüatını açıqlamayıb.