ABŞ-ın keçmiş prezidenti Donald Tramp mitinqdə sui-qəsd nəticəsində ölə biləcəyini, lakin möcüzə baş verdiyini deyib.
“Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini söylədi və bunu möcüzə adlandırdı. Mən burada olmamalıydım, ölməliydim”, – Tramp deyib.
Xatırladaq ki, oyulun 13-də Trampın Pensilvaniyada seçicilərlə görüşü zamanı 20 yaşlı nişançı Tomas Metyu Kruksun snayper tüfəngindən açdığı atəş eks-prezidentin beynindən 1-2 santimetr yan keçib, qulağına dəyib.