image-qanunla-reklam
image-8de2954f6d40cdaf2a264bc4146f0071

Tramp Ər-Riyadda ABŞ-Rusiya görüşünü çox yaxşı adlandırıb

image-lady-day-az

Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını çox yaxşı adlandırıb.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.

Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. “Mən daha çox əminəm ki, onlar (danışıqlar – red.) çox yaxşı olub”, – o, jurnalistlərə deyib.

İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki