Şuşada keçirilən Komissiya görüşü: əməkdaşlıqdan real nəticələrə doğru
Son illərdə Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri təkcə ölkə daxilində deyil, beynəlxalq tərəfdaşlar tərəfindən də diqqətlə izlənilir. Qarabağ və Şuşa kimi şəhərlərdə həyata keçirilən layihələr regional əməkdaşlıq üçün yeni imkanlar açır və bu prosesə xarici tərəfdaşların da marağı artır. Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Bakıya səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda – Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik” fikri bu əməkdaşlığın praktik nəticələrini göstərir.
Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiya görüşü Azərbaycan və Latviya arasında münasibətlərin artıq yalnız diplomatik dialoq səviyyəsində deyil, konkret sahələr üzrə işbirliyi formatında inkişaf etdiyini göstərir. Qarabağda belə bir görüşün təşkili həm siyasi, həm də simvolik baxımdan mühüm əhəmiyyət daşıyır. Bu görüşdə tərəflər müxtəlif sahələrdə görülən işlər barədə geniş məlumat əldə ediblər. Həmsədrlərin təqdim etdiyi hesabatlar iqtisadi əməkdaşlıq, humanitar layihələr və regional inkişaf istiqamətində görülən işlərin real vəziyyətini əks etdirib. Bu isə qərarların yalnız kağız üzərində deyil, praktiki müstəvidə də icra olunduğunu göstərir. Şuşa kimi tarixi və mədəni əhəmiyyətə malik bir şəhərdə beynəlxalq görüşün keçirilməsi xüsusi məna daşıyır. Bu, həm bölgənin yenidən canlandığını, həm də Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirir. Eyni zamanda, bu cür tədbirlər Qarabağın beynəlxalq platformalarda daha çox tanıdılmasına xidmət edir.
Latviya ilə əməkdaşlıq çərçivəsində bu tip görüşlər qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni layihələrin formalaşmasına şərait yaradır. Komissiya iclaslarında əldə olunan məlumatlar gələcək planların daha dəqiq və real əsaslar üzərində qurulmasına imkan verir. Ümumilikdə, Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiya görüşü Azərbaycan–Latviya münasibətlərində yeni mərhələnin göstəricisidir. Bu, təkcə diplomatik əməkdaşlıq deyil, həm də konkret nəticələrə yönəlmiş praktiki fəaliyyətin nümunəsidir. Qarabağda baş tutan belə görüşlər isə regionun gələcək inkişafı üçün mühüm rol oynayır.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev





















