image-qanunla-reklam
image-su57-qirici

Su-57 ilk dəfə Çində: Ruslar sübut etmək istəyir ki…

image-lady-day-az

Rusiyanın Su-57 təyyarəsi ilk dəfə Çində görünüb. Bu, Rusiyanın Çinlə əməkdaşlığı genişləndirməyi planlaşdırdığını göstərə bilər.

Qanunla.Az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

Məlumata görə, Su-57 Çjuhayda keçiriləcək “Airshow China 2024” aerokosmik sərgisinə hazırlıq zamanı nümunəvi uçuş həyata keçirib:

“Rusiyada Su-57 beşinci nəsil qırıcı adlanır, lakin o, 4++ nəslinə aiddir. Su-57-nin Çindəki sərgiyə gəlməsi Moskvanın Pekinə bu qırıcının artıq döyüş şəraitində özünü sübut etdiyini açıq şəkildə göstərmək istəyindən xəbər verir. Bundan əlavə, Rusiya müdafiə sənayesi kompleksində Çinlə əməkdaşlığı genişləndirməyə eyham vura bilər.

Çin isə Rusiya ilə əməkdaşlıq faktını açıq şəkildə inkar etməkdə davam edir. Buna baxmayaraq, 2023-cü ildə Çin Rusiyaya Ukraynaya qarşı müharibədə Mi-17, Su-35 və S-400 kimi silahların istehsalına kömək edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki