image-qanunla-reklam
image-b8e90ad145a9ae7afc19556514149dab

Şok: Hizbullahın yüksək çinli məmuru İsrailə qaçdı

image-lady-day-az

Livan mənbələrinin məlumatına görə, Hizbullahın rabitə mühəndisi və təşkilatın media və maliyyə direktoru Hüseyn əl-Başa məxfi sənədlər, həssas xəritələr və beş milyon dollarla birlikdə İsrailə qaçıb.

Qanunla.Az bu barədə Günaz TV-yə istinadən bildirir. Livan televiziyası xəbər verir ki, əl-Başa həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı məxfi sənədləri də özü ilə aparıb.

Əldə edilən məlumatlara əsasən, əl-Başanın qaçışı Hizbullah və İran üçün ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndirilir. Onun İsrailə qaçması, təşkilatın və İranın strateji planlarına dair kritik məlumatların üzə çıxma riskini artırır.

Hüseyn əl-Başa Hizbullah daxilində əsas fiqur kimi tanınırdı və təşkilatın maliyyə işlərində, eləcə də əlaqələrində mühüm rol oynayırdı. Hələlik Hizbullah və İran rəsmiləri bu hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki