image-qanunla-reklam
image-2ca0688062e56e5edbf30dd376aeabc3

SƏRT QANUN: hava limanlarında sərnişinlər ciddi yoxlanılacaq

image-lady-day-az

Türkiyə parlamentariləri ölkənin hava limanlarında yoxlama qaydalarını sərtləşdirən mülki aviasiya haqqında qanuna dəyişiklikləri qəbul ediblər.

Hava limanının əməkdaşları terminalın girişində və təyyarəyə minmə sahəsində sərnişinlərin şəxsi əşyalarına və elektron cihazlarına baxış keçirə biləcəklər. Sərnişin axtarışdan imtina edərsə, o, hava limanına və ya təyyarəyə minmə zonasına buraxılmayacaq.

Sərnişinlərin icazəsiz əşyalar aparması aşkar edilərsə, onlar yerindəcə müsadirə olunacaqlar.

Qanun həmçinin təyyarənin göyərtəsində hər hansı pozuntu barədə məlumat verməyən təyyarə ekipajları üçün əhəmiyyətli cərimələr tətbiq edəcək.

Müvafiq icazə olmadan hava limanı ərazilərində pilotsuz uçuş aparatları idarə edənlər də cərimələnəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki