Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.
Qanunla.Az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.