image-qanunla-reklam
image-big_1404227489_niqab

Rusiyanın bu regionunda da niqab qadağan edildi

image-lady-day-az

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib.

Qanunla.Az xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.

“Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib. Şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır”, – deyə Berdiyev bildirib.

Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib və müvəqqətidir.

Qeyd edək ki, bundan öncə Dağıstanda niqabın qadağa edildiyi barədə məlumat yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki