image-qanunla-reklam
image-9ef8e292e308f0feaced7cbe2343e38a

Rusiya Xəzərdə donanmasını kimlərə qarşı gücləndirir? – SENSASİON GEDİŞ

image-lady-day-az

İran-İsrail-ABŞ qarşıdurması Moskvanı dənizdə hərbi gücünü artırmağa vadar edir – Xəzəryanı ölkələrə mümkün risklər…

Xəzər dənizini son günlərdə gündəmə gətirən məqamlardan biri də onun döyüş meydanına çevrilməkdə olmasıdır. Rusiyanın Xəzər dənizində və ətrafında yerləşən hərbi qüvvələri Ukraynaya zərbələr endirməkdə davam edir. Xəzərsahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də imzaladıqları Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub. Rusiya konvensiyanın bu bəndini artıq necənci dəfədir pozur. Belə görünür ki, Xəzərsahili ölkələrin konvensiyanın pozulması ilə bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac var.

Ekspertlərə görə, Kreml Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu göstərməyə də həvəslidir. Bu arada Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev  bildirib ki, Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək. Moiseyevin sözlərinə görə, yaxın perspektivdə donanma ən müasir gəmilər və silahlarla təchiz edilməyə davam edəcək ki, bu da cənub dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək və Xəzər dənizində ölkənin iqtisadi fəaliyyətini dəstəkləmək vəzifələrini səmərəli yerinə yetirməyə imkan verəcək. Rusiya Xəzərdə donanmasını kimlərə qarşı gücləndirir? Xəzərdə konvensiyanın tələbləri pozulduğuna görə niyə Xəzəryani ölkələr etiraz etmir?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə,  Azərbaycan Xəzərdəki problemlərlə bağlı Rusiyaya öz təkliflərini bildirib: “Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə Azərbaycanın dövlət başçısının səsləndirdiyi bir təklifi media qarşısında dilə gətirdi. Rusiya prezidenti söylədi ki, İlham Əliyevlə görüşdə Azərbaycan rəhbəri Xəzərin problemlərinə diqqət çəkib. Azərbaycan Prezidenti bir zamanlar Xəzər dənizinin sahil suları altında qalmış Bayıl qalasının qalıqlarını göstərib və deyib ki, Xəzər dənizində ekoloji fəlakət hökm sürür. Yəni Xəzərin su səthi azalmaqdadır. Çünki əvvəllər Bakı buxtasında yerləşən Bayıl qalası suyun altında idi. İndi isə suçəkilmələr nəticəsində adıçəkilən qalanın qalıqları boy göstərməkdədir. Prezident Əliyevin rusiyalı həmkarına şəhər gəzintisi zamanı Xəzərdəki ekoloji fəlakəti əyani şəkildə göstərməsi, görünür, Kreml rəhbərini təsirləndirməyi bacarıb. Putin dərhal aidiyyəti qurumların rəhbərlərinə göstəriş verib ki, məsələ nəzarətə götürülsün. Bu mənada demək olar ki, rəsmi Bakı Kremlə Xəzərdəki problemlərlə bağlı öz iradlarını bildirir. Təbii ki, üslub və ifadə forması gözlənilir. Amma digər Xəzəryanı ölkələrdən Rusiyaya qarşı bu cür davranış sərgilənməsini görmürük. Səbəbi isə sadədir, çünki hər bir Xəzəryanı dövlət imperiya ənənələrini bu gün də yaşadan şimal qonşumuzdan ehtiyat edir. Məsələnin başqa bir tərəfi odur ki, Xəzəryanı dövlətlərin hər biri yeni dünya düzənində kartların yenidən dağıdıldığı bir mərhələdə Rusiya ilə bu və ya digər formada müttəfiqdir. İranın Ukrayna savaşı kontekstində Rusiya ilə yaxınlaşması Xəzər məsələsində Tehranın əl-qolunu tamamilə bağlayıb. Düşünürəm ki, Xəzərin fauna və florasını hazırda ən çox təhdid edən ölkələr də elə şimal və cənub qonşularımızdır. Xəzərdə ən çox donanmaya sahib ölkələr də elə onlardır. Üstəlik, qanunsuz balıq ovunda, ekoloji fəlakət xarakterli addımlarda da Rusiya və İran digər Xəzəryanı ölkələr arasında liderlik edirlər. Düşünürəm ki, Rusiya Xəzər dənizindəki donanmasından Ukrayna və Suriyaya qarşı müharibələrdə qeyri-dinc amallardan istifadəyə son qoymalıdır. Ən azından BMT səviyyəsində Rusiya və İranın özbaşınalıqları ilə bağlı ölçü götürülməlidir”.

Əhəd Məmmədli evləndi - FOTO Pravda.az

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli dedi ki,  Rusiya son 200 ildə Xəzər dənizinə şəxsi gölü kimi baxır: “SSRİ dağılandan sonra Rusiyanın Xəzər dənizinə təsirinin bir az azalmağına rəğmən Putin iqtidara gələndən sonra bu təsir yenə də gücləndi. Xəzərdə Rusiya və İrandan sonra ən güclü donanma Azərbaycandadır. Bəlkə də Xəzər dənizində Azərbaycanın donanması İrandan da güclüdür. Azərbaycan Xəzər dənizinə çıxan digər iki türk ölkəsi olan Qazaxıstan və Türkmənistanla əməkdaşlığı gücləndirməlidir. Əsrlərdir ki, Xəzər dənizi türk gölü olub. Xəzər özü də türk adıdır. Xəzər xaqanlığı adlı güclü türk dövləti də olub. Xəzər dənizini yenidən türkün nəzarətinə keçirmək vaxtıdır. Bunun üçün Xəzər dənizinə çıxışı olan 3 türk dövləti – Azərbaycan, Qazaxıstan və Türkmənistan bu yöndə addımlar atıb vahid donanma qurmalıdırlar. Xəzərdə vahid türk donanması hər 3 türk ölkəsinin maraqlarına cavab verir. Vahid türk donanması Xəzərdə 200 illik rus üstünlüyünə son qoya bilər. O ki qaldı Rusiyanın Xəzər donanmasını Ukrayna ilə müharibədə istifadə etməsinə, hələlik digər Xəzər ölkələri buna mane ola bilməz. Çünki yuxarıda qeyd etdiyim kimi, hələlik Xəzər dənizində ən güclü Rusiyadır”.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, şimal qonşumuz imzaladığı konvensiyanı kobud şəkildə pozaraq, Xəzərdən hərbi məqsədlər üçün mütəmadi şəkildə istifadə edir və bundan da çəkinmir: “Moskva Xəzərdən əvvəl Suriyaya, indi də  Ukraynaya raket zərbələri endirir. Eyni zamanda digər Xəzəryanı tərəfdaş ölkələrin mövqeləri nəzərə alınmır. Bu gün heç kəsə sirr deyil ki, Kremlin bu özbaşına əməllərinə görə etiraz edəcək region dövləti yoxdur. Heç bir dövlət Moskva ilə münasibətlərini korlamağa və Rusiyanın qəzəbinə tuş gəlməyə risk etmir. Bir halda ki, bu etirazın da müsbət nəticə verəcəyi gözlənilmir. Rusiyanın son dönəmlər Xəzərdəki hərbi dəniz filotunu gücləndirməsi barədə gördüyü tədbirlər region dövlətləri üçün də təhlükə yaradır. Rusiyanın imperiya ambisiyası, hədə ritorikası, özünü Xəzərin mütləq-hakimi kimi aparması konvensiyanı imzalayan dövlətləri daha effektli addımlar atmaq məcburiyyətində qoyur. Aydındır ki, Xəzər hövzəsi dövlətlərin Rusiya ilə rəqabət aparacaq hərbi gücü yoxdur. Məncə, çıxış yollarından biri Xəzərlə bağlı imzalanan sənədlərə beynəlxalq zəmanətin əldə edilməsi olardı. Xəzər dənizinin təbii resursları da Rusiya və İran tərəfdən də amansızcasına istismar edilir. O biomüxtəliflik karbohidrogen tullantıları ilə məhv edilməkdədir. Xəzərin tam hərbsizləşdirilməsinə və çirklənməsinin qarşısının alınmasına nail olmaq lazımdır. Rusiya özünün cənub cinahını gücləndirməklə, görünür, İran ətrafında cərəyan edən hadisələri diqqətə alır. Yaxın Şərqdə davam edən müharibələr və gərginliyin daha böyük areala yayılma ehtimalının artması, xüsusən də İran-İsrail-ABŞ qarşıdurması Moskvanı Xəzərdə hərbi gücünü artırmağa, möhkəmləndirməyə vadar edən səbəblərdəndir. Həmçinin Şərq-Qərb, Orta dəhliz nəqliyyat dəhlizinə nəzarət uğrunda Qərblə Rusiya arasında şiddətlənən mübarizənin də burada rolunu nəzərə almalıyıq. Hər halda, Xəzərlə bağlı cərəyan edən hadisələr Azərbaycan üçün də vacib əhəmiyyət kəsb etdiyindən aktiv iştirakçı olmalıyıq. Hətta mən deyərdim ki, bir sıra təşəbbüslərdə önə çıxmaq imkanları dəyərləndirilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki