Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var.
Qanunla.Az xəbər verir ki, səhərə təqribən 5 ədəd “İsgəndər-M”/KN-23” tipli ballistik raket buraxılıb.
Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.