image-qanunla-reklam
image-qazprom

Rusiya milyardlar itirdi, AB isə “kömürə keçir”…

image-lady-day-az

Yanvarın 1-də səhər Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti Kiyevin müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən tamamilə dayandırılıb. Beləliklə, AB Rusiyadan boru kəməri qazı idxalının təxminən 30%-ni itirə bilər.

Qanunla.az xəbər verir ki, bunu Dünya Bazarlarının Öyrənilməsi İnstitutunun direktoru Aleksey Bobrovski deyib.

“Ukrayna marşrutu olmasa, Rusiya qazının AB-yə nəqli ildə 39 milyard kubmetrə qədər azalacaq. Öz növbəsində Avropa qaz istehlakının daha da azalması ilə və digər enerji mənbələrinə, o cümlədən kömürə keçidlə üzləşəcək”, – o bildirib.

Qeyd edək ki, Ukrayna ötən gün Rusiya qazının Avropaya tranzitini dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki