Rusiya 90-dan çox Hindistan vətəndaşını Ukraynaya döyüşməyə göndərib.
Qanunla.Az xəbər verirki, bu barədə “Dojd” telekanalına Hindistan parlamentinin üzvü Vikramjit Sinqxa Sahneyb məlumat verib. Onun sözlərinə görə, azı səkkiz nəfər ölüb və onların cəsədləri hələ də Hindistana qaytarılmayıb.
Deputatın sözlərinə görə, hindlilərə Rusiyada işləmək təklif olunub, sonra isə tərcüməçi vermədən Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilib.