image-qanunla-reklam
image-heyder-eliyev

Qurtuluşa gedən yolun başlanğıcı

image-lady-day-az

Qurtuluşa gedən yolun başlanğıcı

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Ulu Öndər Heydər Əliyev müstəsna xidmətləri ilə Azərbaycan dövlətini əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir. 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyuldu. Həmin gün xalqımız özünün gələcək taleyini inkişafını dəyərləndirərək bir seçimi etdi.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

“Azərbaycan dünyəvi dövlətdir,öz milli ənənələri ilə bərabər ümumbəşəri dəyərləri də qəbul edir və ondan istifadə edir”.

Ulu Öndər öz milli dəyərlərimizlə yanaşı ümumbəşəri dəyərlərə də üstünlük verirdi. Məhz buna görə də İstanbulda ATƏT-in zirvə görüşündə Ümummilli lider Heydər Əliyev öz çıxışında Müstəqil Dövlətimizin ümumbəşəri dəyərlərə sadiqliyini və diqqətini belə ifadə etmişdir.  “ATƏT-in zirvə görüşündəki sənədləri imzalamaqla biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, bu proses sürətlə inkişaf edir. Azərbaycan xalqların bütün azadlıqlarını təmin edir, insan haqlarını qoruyur, söz, vicdan, mətbuat azadlığını təmin edir.  Azərbaycan dünyəvi dövlətdir, öz milli ənənələri ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir və onlardan istifadə edir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparır, iqtisadi islahatlar həyata keçirir, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası prosesini həyata keçirir və beləliklə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, sosial problemləri diqqət mərkəzində saxlayan sivil dövlətləri sırasına daxil olur. Bu sözlərlə mən onu demək istəyirəm ki, bizim indiyə qədər – dövlət müstəqilliyi əldə edəndən sonra ötən səkkiz il ərzində gördüyümüz işlər bizi bu yola gətirib çıxarıbdır. Bu yol bizim strateji yolumuzdur və ATƏT-in İstanbul zirvə görüşündəki sənədlərə imza atmağımız bir daha, bir daha həm dünyaya nümayiş etdirir, həm də bütün millətimiz, xalqımız üçün təsdiq edir ki, biz bu yol ilə gedəcəyik və heç vaxt bu yoldan dönməyəcəyik. Qarşımızda duran vəzifələr böyükdür. Nəzərdə tutulur ki, biz İstanbul zirvə görüşünün nəticələri ilə əlaqədar müvafiq sənədlər imzalamalıyıq və bu sənədlərdə həm xartiyadan, həm də zirvə görüşünün qəbul etdiyi başqa qərarlardan ölkəmiz üçün irəli gələn vəzifələrin konkret, praktiki həll olunması məsələlərini əks etdirməliyik. Yəni sizə və bütün ictimaiyyətə bildirmək istəyirəm ki, İstanbul zirvə görüşü böyük bir mərhələdir, Avropa dövlətləri üçün, ATƏT üzvləri üçün yeni bir mərhələnin başlanğıcıdır. Ona görə də biz bu yola konkret işlərimizlə başlamalıyıq. Konkret işlərimizdə, şübhəsiz ki, birincisi, indiyə qədər gördüyümüz, həyata keçirdiyimiz işləri təkmilləşdirməliyik. Amma eyni zamanda, bütün bu deyilən sahələrdə olan nöqsanları, çatışmazlıqları aradan qaldırmalıyıq. ATƏT-in sənədlərinə zidd olan və ölkəmizə, xalqımıza zərər gətirən bəzi mənfi halları aradan qaldırmalıyıq, cəmiyyətimizi daha da birləşdirməliyik. Cəmiyyətimiz isə məhz bu prinsiplər əsasında daha da sıx birləşməlidir. Güman edirəm ki, Azərbaycanın hər bir vətəndaşı və xüsusən Azərbaycanın dövlət, hökumət orqanlarında, ictimai təşkilatlarda çalışanlar bu zirvə görüşünün yekunları ilə əlaqədar hərə öz vəzifələrini, məsuliyyətini dərk etməlidir və onların həyata keçirilməsi ilə ciddi məşğul olmalıdır”.

Mübariz Ağayev – Zərdab Peşə liseyinin hərbi rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki