Qaz təchizatı
Enerji amili çox mühüm amillərdən biridir. Bu kateqoriyada xüsusilə bərpaolunan enerji mənbələrini qeyd etmək lazımdır. Bərpa olunan enerji növü enerji istehsalında bərpa oluna bilməyən enerjiyə alternativ olaraq ön plana çıxır. Bütün dövlətlərin enerji ehtiyaclarının müəyyən bir hissəsini öz imkanları hesabına ödəyə bilmək qabiliyyəti müsbət şəkildə qarşılanır, lakin bərpa olunan enerji istehsalı bütün dünyaya yayılmamış və istənilən ölçüyə çatmamışdır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da xeyli əhəmiyyətlidir.
Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir.
Bu gün Azərbaycan özünü nəinki karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirmək lazımdır ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Şabəyim Ağayeva-Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycanın təbii qazını alan ölkələr
Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür.
Uzun illərdir ki, Azərbaycan enerji sahəsində bir çox ölkələrlə uğurlu əməkdaşlıq edir. Bu gün isə artıq bu sahələr şaxələndirilir. ABŞ və Böyük Britaniya kimi inkişaf etmiş ölkələr hər zaman bizim bu istiqamətdə olan bütün təşəbbüslərimizi dəstəkləyiblər. Bunun nəticəsində Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.
Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb. Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol bundan sonra da daha geniş miqyasda davam etdiriləcək. Bu, “mavi yanacaq” təchizatının coğrafiyasının genişləndirilməsində və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmasında nəzərə çarpacaq. Hazırda Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur.Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir.
Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Strateji hədəf
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Azərbaycanın dinamik inkişafının göstəricisi kimi Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olmuşdur.Bu sərgidə bir çox məsələlərə toxunulmuşdur ki,bunlardan biri də enerji sahəsi idi.
Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, Azərbaycan yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirməyə çalışır. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, Sloveniya və Slovakiya ilə danışıqlar prosesi sürətlənmişdir, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışılır. Çünki Azərbaycanın İtaliyaya təchizatı 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib
Azərbaycanda neft-qaz hasilatı ilə bağlı bir sıra uğurlar əldə olunmuşdur. İldən ilə neft və maye karbohidrogenlər hasilatı azalan Azərbaycan üçün bu əlamətdar hadisədir. “Abşeron” yatağında illik 1,5 milyard kubmetr qazın alınması ölkəmiz üçün yaxşı nəticədir. Bağlanmış müqavilənin kommersiya sazişinə görə birinci mərhələdən hasil edilən bütün təbii qaz Azərbaycanın daxili bazarına yönləndiriləcək. Yəni 30 il müddətində 45 milyard kubmetr (1,5 x 30) daxili bazara yönləndiriləcək. Yerdə qalan 300 milyarddan artıq hissə isə ixrac üçün lazım olacaq. Qeyd edək k, burada iri platforma tikiləcək: “Ən azı “Şahdəniz -1” gücündə qurulacaq bu platforma ilə 8 milyard kubmetrə qədər qaz hasil etmək olacaq. Bu qazı genişləndirilmiş “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq.
Azərbaycan yeraaltı və yerüstü sərvətlərlə zəngin ölkədir. Yeraltı sərvətlərdən ən mühümü neft-qazdır. Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.
“Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihələrindən biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır.
Cənub Qaz Dəhlizinin təkcə neft-qaz sənayemizin deyil, ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir. Bir çox ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər. Avropada Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da genişləndirmək imkanı verir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.
Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasının da müstəsna əhəmiyyəti vardır. Azərbaycan Respublikası hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış təşəbbüslərdən faydalanacaq və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri