image-qanunla-reklam
image-1693896020-5

“Qarabağ”ın üç legionerinə millidən dəvət gəldi

image-lady-day-az

Qarabağ”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla oyunlarına çağırılıb.

Digər orta xətt oyunçusu Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıb. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matçda iştirak edə bilər.

Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki