image-qanunla-reklam
image-aa63db04-cb8c-4075-9c6d-5e18ebbd5791

İdmançılarımız Tiflisdə Çidaoba üzrə Dünya Çempionatında iştirak ediblər

image-lady-day-az

Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Çidaoba üzrə Dünya Çempionatında 30 ölkədən 51 idmançı iştirak edib.

Qanunla.az-ın verdiyi məlumata görə, Azərbaycanı bu nüfuzlu yarışda Dünya və Avropa çempionu Turqay Qəribli təmsil edib.

Güclü rəqiblərlə qarşılaşmasına baxmayaraq, idmançımız sona qədər əzmkarlıqla güləşərək ilk 10-luğa düşməyi bacarıb.

Qeyd etmək lazımdır ki, bu nəticə hər idmançının bacara biləcəyi bir uğur deyil. Turqay Qəribli bu çətinliyi dəf edərək bir daha öz peşəkarlığını və yüksək hazırlıq səviyyəsini nümayiş etdirmişdir. Ona gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq.

İdmançımız xüsusi olaraq vurğulayıb ki, yarış zamanı Azərbaycanımızı dünya arenalarında  təmsil edən Əliyev Haldun — Özbəkistan milli güləşi Kurash üzrə beynəlxalq dərəcəli hakim — ona mənəvi dəstək olub. 

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki