image-qanunla-reklam
image-1683349662-1

Premyer Liqa: “Şamaxı” “Zirə”yə qarşı

image-lady-day-az

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXXIII turun daha bir oyunu keçiriləcək.

“Qanunla.az” xəbər verir ki, “Zirə” səfərdə “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. Görüşü Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Paytaxt təmsilçisi 42 xalla 5-ci, bölgə klubu 23 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək Premyer Liqada 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Şamaxı”, 11-də “qartallar” qələbə qazanıb. 13 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də “Zirə”nin üstünlüyü var – 36:29.

16:30. “Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu

Qeyd edək ki, ilk oyun günündə “Sabah” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” görüşləri mayın 7-də, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə mayın 8-də baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki