“Qarnik Danielyan mənə Nikolun gündəmi ilə gəldiyimi deyir. Lakin o, unutmamalıdır ki, Nikol Paşinyan məhz bugünkü parlament müxalifəti və “Daşnaksütyun” sayəsində Qarabağı öncə verdi, sonra “həzm etdi”, daha sonra əhalisini boşaltdı. Üstəlik, bu həzm prosesi hələ də davam edir”.
Qanunla.Az xəbər verir ki, bunu erməni siyasətçi Suren Petrosyan deyib.
“Daha çox deyim, onlar orada olanda, Sünik təslim olsa belə, yenə həzm olunacaq. Ona görə də onlar Nikol Paşinyanın xəyallarının müxalifətidir. Siyasi proseslərdən və sivilizasiyadan minimal anlayışı olanlar Paşinyana əsas dəstəyin parlament müxalifətindən gəldiyini bilirlər. Ona görə də bu adamlar istər-istəməz onun maraqlarına xidmət edirlər”, – deyə Petrosyan bildirib.
Qeyd edək ki, Qarnik Danielyan bir müddət əvvəl Petrosyanı Paşinyana işləməkdə suçlayıb.