image-qanunla-reklam
image-pele

Pelenin cənazəsi “Vila Belmiro” stadionuna aparıldı

image-lady-day-az

Pelenin cənazəsi olan tabut bazar ertəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə mərhum futbolçunun oğlu Edson Çolbi do Nasimento İnstaqramda məlumat verib.

O bildirib ki, bazar ertəsi gecə kortejdə olan cənazə maşını keçmiş hücumçunun vəfat etdiyi San-Paulu klinikasından çıxıb:

“Futbolçunun karyerasının çox hissəsini eyniadlı klubunda keçirdiyi Santos şəhərinin küçələrində azarkeş bayraqları və ağ komanda köynəyi olan insanlar cənazə maşınını qarşıladılar”.

“Biz evə gəldik” deyə Pelenin oğlu “Vila Belmiro” stadionunu – “futbol məbədini” geotəq edərək yazıb.

Qeyd edək ki, stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq. Onlar tabutun yanından keçə biləcəklər, tabut stadionun mərkəzində, çardaq altında yerləşdiriləcək. Mərasim bir gün davam edəcək, bundan sonra Pelenin cəsədi olan tabut şəhərin küçələri ilə, o cümlədən, yüz yaşlı anasının hələ də yaşadığı evin yanından aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki