image-qanunla-reklam
image-pashinyan-xerite

Paşinyan Bakıya təklif etdi: Mümkün qədər tez imzalayaq

image-lady-day-az

Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 maddə və ön söz üzrə razılığa gələ biliblər.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Yerevan Dialogue” forumunda çıxışında deyib.

“Razılaşdırılmış maddələrin mümkün qədər tez imzalanmasını təklif edirik. Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır”, – Paşinyan bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Nikol Paşinyan sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki