image-qanunla-reklam
image-5b714fa11208a5e367afab80ef3a9eb7

NATO Ukraynaya 40 milyard avroluq silah tədarük etməyi planlaşdırır

image-lady-day-az

NATO-nun 9-10 iyul tarixli sammitinin yekun bəyannaməsində 2025-ci ildə Ukraynaya azı 40 milyard avro dəyərində silah-sursat veriləcəyi ilə bağlı müddəa yer alıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “Reuters” bəyannamə layihəsinə istinadən məlumat yayıb.

Sənəddə həmçinin Ukraynaya hərbi tədarükün koordinasiyası və Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlimlərin təşkili ilə bağlı bütün funksiyaların alyansa verilməsi öhdəliyi var.

Əvvəllər NATO-nun baş katibi Kiyevə ildə 100 milyard dollar dəyərində hərbi tədarükün maliyyələşdirilməsi üçün çoxillik fond yaradılmasını təklif etmişdi, lakin alyans ölkələri bu təşəbbüsü rədd etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki