“Moskva Ankara ilə Suriyadakı vəziyyətlə bağlı danışıqlar aparır”.
Qanunla.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz digər regional dövlətlərlə, o cümlədən Suriya məsələsində dialoq aparırıq”, – deyə Peskov ifadə edib.
Onun sözlərinə görə, Suriya hazırda qeyri-sabitliklə bağlı çətin dövr yaşayır.