image-qanunla-reklam
image-1735804464_photo_5454261999954420317_y

Monteneqrodakı silahlı hücumun detalları

image-lady-day-az

Monteneqroda silahlı insident nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Qanunla.Az xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar da var. Qətliam Çetinye şəhərində baş verib. Yerli medianın məlumatına görə, hər şey kafedə münaqişə ilə başlayıb, bundan sonra insanlara atəş açan şəxs əvvəlcə evə gedib, silah götürüb, geri qayıdıb və oradakıları güllələməyə başlayıb. Daha sonra əməliyyat-axtarış tədbirləri zamanı şübhəli Ako Martinoviç Xumtsi ərazisində tapılıb. O, həbs olunarkən başına atəş açıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polis ölənlər arasında şübhəlinin dostları və qohumlarının olduğunu bildirib. Cinayətin motivi hələ müəyyən edilməyib. Martinoviçin ailə üzvlərinin dediyinə görə, onda sosial təcrid əlamətləri olub. Ölənlərin sayının artacağı istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki