image-qanunla-reklam
image-mironov

Mironov: Onlara qarşı ölüm hökmü tətbiq edilsin

image-lady-day-az

“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov terrorçular üçün ölüm hökmünün tətbiq edilməsini və onların qohumlarının dövlət qulluğundan uzaqlaşdırılmasını təklif edib.

Qanunla.Az xəbər verir ki, o, bu barədə Dağıstanda baş verən terror aktlarını şərh edərkən deyib.

“Dövlətdən yalnız bir reaksiya olmalıdır: terrorçular üçün ölüm hökmü, onların əlaltıları üçün həbsxana, qohumları və dostları üçün dövlət qulluğundan qovulmaq və ömürlük dövlət orqanlarında işləməmək qadağası”, – o bildirib.

Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə terror aktları həyata keçirilib, nəticədə 15 polis, 4 mülki şəxs ölüb. Serqokalinski rayon başçısının iki oğlu və qardaşı oğlu da terrorçular sırasında olub.

Həmçinin terrorçulardan biri “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının yerli təşkilatına uzun illər sədrlik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki