image-qanunla-reklam
image-bacabadc109638aa9505c8f680eb5c16

Livanda hava hücumları nəticəsində 63 nəfər ölüb

image-lady-day-az

Livanda gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində 63 nəfər ölüb, 234 nəfər yaralanıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzinin “X” sosial şəbəkəsində yerləşdirdiyi xülasədə deyilir.

Məlumata görə, ən çox itki cənub bölgələrində qeydə alınıb.

Qeyd olunur ki, 2023-cü ilin oktyabrında hərbi eskalasiyanın başlanmasından İsrailin hava hücumları və artilleriya atəşləri zamanı ölənlərin ümumi sayı 2 546, yaralananların sayı 11 862 nəfər olub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki