image-qanunla-reklam
image-photo_113418

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

image-lady-day-az

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Bu ilin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu xəbər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Burada əhəmiyyətli olan digər həssas məqam var və bu məqam ölkə rəhbərinin prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbərindən qürur duyuruq. Bu qərar bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, həm də Qarabağla bağlı aparılan quruculuq işlərinə mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.

Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi. Şəhər tamamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdi. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq. “COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək yarışlar barədə xəbərin yayılması müqtədir məqamlardandır. Bütün bu qərarlar dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi dəyərləndirilə bilər. Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbul edilən olub. Mahiyyətində Qələbə, Zəfər, Sülh anlayışlarının ehtiva olunduğu hər proses Prezident cənab İlham Əliyev üçün sevərək qoşulduğu və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir! Prezident cənab İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı bunun növbəti təzahürü kimi dəyərlidir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

 

 

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək

Bir aydan sonra ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirəcək. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq COP29, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak edəcəyi tədbir əyani şəkildə göstərəcək ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir.

COP29-un dünya əhəmiyyətli tədbir olduğunu məlumdur. Bu tədbirə ev sahibliyi etmək üçün dünya birliyinin razılığı lazım olur. Hər bir ölkə belə tədbirlərin keçirilməsi üçün dünyanın dəstəyini qazana bilmir. Həm də böyük qlobal tədbirləri keçirmək üçün ölkənin ictimai-siyasi sabitliyi, iqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu nəzərə alınır. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. “Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər Qoşulmama Hərəkatına (QH) yeniliklər və canlanma gətirib. Azərbaycanın 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın həyatında yeni bir səhifə açdı. Məhz Azərbaycanın verdiyi töhfələrə görə Qoşulmama Hərəkatına sədrliyimiz bir il daha uzadıldı. Beləliklə, ölkəmiz beynəlxalq təşkilatlara sədrlik etməklə dünya birliyi arasında körpülər yaradır və qlobal əhəmiyyətli məsələlərin həllində beynəlxalq ictimaiyyətin baxışlarından asılı olmayaraq ümumi bir mərkəz formalaşdırır. Azərbaycan COP29-un gündəliyini müəyyən edib və müzakirə olunan mövzuların arasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsümüzlə dəstəklənib. O cümlədən COP29-a ev sahibliyi edəcək ölkə kimi təşəbbüsümüzlə “üçlük” – COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyətini nəzərdə tutan format yaradıldı. COP29-un BMT səviyyəsində keçirilən çox əhəmiyyətli qlobal tədbir kimi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni səhifə açacağdır. COP29 Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut edəcək və sözümüzün gücünü artıracaq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki