image-qanunla-reklam
image-sirski-zelenski

Kursk döyüşü: Sırski Zelenskini aldadıb?

image-lady-day-az

Ukrayna qüvvələri Kursk bölgəsində elan etdikləri qədər əraziyə nəzarət etmirlər.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Avqustun 13-də Ukrayna Prezidenti Vladimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini elan etmişdi (Ukrayna ordusunun baş komandanı Sırski Zelenskiyə məruzəsində bu rəqəmi səsləndirmişdi – red.). Lakin geolokasiya ilə bağlı videolar göstərir ki, avqustun 13-nə Ukrayna qüvvələri Kursk vilayətinin təxminən 41 yaşayış məntəqəsində və ya yaxınlığında əməliyyat aparır. Baxmayaraq ki, ərazidə son dərəcə kiçik yaşayış məntəqələri çoxdur”, – hesabatda qeyd olunub.

Qeyd edək ki, Rusiya yalnız 28 yaşayış məntəqəsinin Ukraynanın nəzarətinə keçdiyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki