Fransa Prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə tarixdən xəbərsizliyini nümayiş etdirib və hörmətsizlik göstərib.
Qanunla.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu yaratmadı. İsrail müstəqillik müharibəsi nəticəsində dövlətçilik əldə edib. BMT 1948-ci il müharibəsində iştirak etməyib, lakin Holokostdan və Vişi rejimindən sağ çıxanlar iştirak ediblər. Ona görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir”, – o bildirib.
Qeyd edək ki, Netanyahu Vişi rejimi dedikdə, İkinci Dünya müharibəsi illərində alman işğalı zamanı Fransada fəaliyyət göstərən kollaborsionist hökuməti nəzərdə tutur.
Xatırladaq ki, Makron Netanyahuya çağırış edərək, İsrailin BMT qərarı ilə yaradıldığını unutmamalı olduğunu bildirmiş və onu BMT qərarlarına hörmət etməyə dəvət etmişdi.