İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına zərbələr endirməyə başlayıb.
Qanunla.Az TASS-a istinadən xəbər verir ki, Rafik Həriri adına Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burc əl-Barajna qaçqın düşərgəsindən güclü partlayış səsləri eşidilir.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Beyrutun cənubundakı Haret Horeik və El-Leylaki məhəllələrinin sakinlərinə yaxın gələcəkdə hava hücumlarının hədəfi olacaq bir neçə binanın tərk edilməsinin zəruriliyi barədə xəbərdarlıq etmişdi.