Livan Baş naziri Nəcib Mikati ölkənin şimalındakı Batrun şəhərində İsrail xüsusi təyinatlıları tərəfindən ölkə vətəndaşının qaçırılması ilə bağlı insidentin təcili araşdırılmasını tələb edib.
Qanunla.Az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin X hesabında paylaşım edilib.
“Baş nazir Mikati xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bou Həbibi bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət hazırlamağa çağırıb”, – mətbuat xidməti bildirib.
Qeyd edək ki, ötən gün Livanda əməliyyat keçirən İsrail xüsusi təyinatlıları Hizbullahla əlaqədə şübhəli bilinən İmad Amhaz adlı şəxsi qaçırıb.