Bütün dünyada təsir dairələrinin formalaşması prosesi gedir və irili-xırdalı müharibələr, hərbi əməliyyatlar, müharibə təhlükələri bu prosesi sürətləndirir.
Qanunla.Az xəbər verir ki, bu sözləri Paşinyan hökumətində Dövlət Gəlirləri Komitəsinə rəhbərlik etmiş (2018-2020) iqtisadçı ekspert David Ananyan deyib.
O bildirib ki, Bidzina İvanişvilinin Qərbdən Rusiyaya qarşı müharibəyə başlamaq təklifi ilə bağlı hekayəsi də həmin silsilədəndir:
“Mən demək olar ki, əminəm ki, Ermənistanın indiki hakimiyyətinə də oxşar təklif edilib”.