Ənsarullah hərəkatı Yəmənin Moh limanı sahillərində Britaniya gəmisinə hücum edib.
Qanunla.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Departamentinin X sosial şəbəkə hesabında bildirilib.
Məlumata görə, raket gəminin yaxınlığında partlayıb, ekipaj xəsarət almayıb.
Digər gəmilərin də bu ərazidən xüsusi ehtiyatla keçməsi tövsiyə edilib.