image-qanunla-reklam
image-b3112bfd137a90cd7280203191a4e84a

Heyvan haqları adına terror – 20 illik qaçaq San-Dieqo həbs olundu

image-lady-day-az

Böyük Britaniyanın Şimali Uels bölgəsində ABŞ-ın ən çox axtarılan cinayətkarlarından biri, 46 yaşlı Daniel Andreas San-Dieqo saxlanılıb.

Qanunla.Az-ın “The Times” qəzetinə istinadən verdiyi xəbərə görə, San-Dieqo iki onillikdir ki, ədalətdən yayınırdı və ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) terrorçular siyahısında idi.

O, 2003-cü ildə Kaliforniyada həyata keçirilən iki terror aktında iştirak etməkdə və heyvan haqlarını müdafiə edən radikal qruplaşma ilə əlaqələrdə ittiham olunur.

San-Dieqo əvvəllər həm ABŞ, həm də beynəlxalq hüquq-mühafizə orqanlarının genişmiqyaslı axtarışlarına baxmayaraq ədalətdən yayına bilmişdi. Onun həbs edilməsi FBI üçün böyük nailiyyət kimi qiymətləndirilir.
Hadisə ilə bağlı istintaq davam edir və San-Dieqonun ABŞ-a ekstradisiyası gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki