İranın yüksək rütbəli rəsmiləri HƏMAS lideri Haniyənin Tehranda öldürülməsindən şoka düşüblər.
Qanunla.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
“Çünki bu, İranın təhlükəsizlik reputasiyasına böyük zərbədir və bütün regiona mesajdır. Raket birbaşa Haniyənin yataq otağına düşüb. Raket Ayətullah Xameneinin və ya Haniyənin öldürülməzdən bir neçə saat əvvəl görüşdüyü İranın yeni prezidentinin yataq otağına da düşə bilərdi”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS lideri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Nəticədə o və mühafizəçisi ölüb.