Kazan Tank Məktəbinin keçmiş rəis müavini, polkovnik-leytenant Valeri Xaxin öz evində ölmüş vəziyyətdə tapılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xaxinin çoxsaylı bıçaq zərbələrindən öldüyü bildirlib.
Onun meyiti xalçaya bükülmüş vəziyyətdə qazanxanada arvadı tərəfindən aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, Valeri Xaxin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun tələbə yoldaşıdır.