image-qanunla-reklam
image-mixail-podolyak-1

“Drujba”nı bağlayırıq, Azərbaycandan qaz tranziti…

image-lady-day-az

Ukrayna gələn ildən etibarən Rusiya neft və qazının AB-yə tranzitini dayandıracaq.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“2025-ci il yanvarın 1-dən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya neftini aldığı “Drujba” neft kəməri fəaliyyətini dayandıracaq. AB-nin qətnaməsi var idi ki, onlar neft tədarükünü diversifikasiya etmək üçün imkanlar tapmalıdırlar”, – Podolyak bildirib.

Podolyakın sözlərinə görə, hər hansı bir ölkə Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, Ukrayna onun tranzitində iştirak etməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki