Danimarka Ukraynaya altı ədəd F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.
Qanunla.Az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
“F-16 ilə bağlı planlarımız dəyişməyib”, – deyə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Danimarkanın baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.