image-qanunla-reklam
image-081de5d6e762a220981bb2ef7ebf2722

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir

image-lady-day-az

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir

Ölkəmizdə XI Bakı Qlobal Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. XI Forumda 70-dən çox ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirmişik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Cənab Prezident bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi

Hələ Vətən müharibəsinə qədər Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Ölkə başçımız bu sözlərini Vətən müharibəsində reallığa çevirdi və 44 günlük savaş ermənilərin status iddialarını birdəfəlik bağladı. Vətən müharibəsi bir daha göstərdi ki, heç bir qüvvə, heç bir xarici təzyiq Azərbaycanın öz milli maraqlarını təmin etməsi yolunda  əngəl ola bilməz. Vətən müharibəsindən sonra da dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri torpaqlarımızda qalmış separatçılara dəfələrlə xəbərdarlıq etmişdi. Dövlətimizin başçısı Laçından ermənilərə xəbərdarlığ edərək demişdi:  “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var”. Xəbərdarlıqlardan nəticə çıxarmayan erməni separatçılarına və terrorçularına qarşı 19-20 sentyabr tarixlərdə keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan Prezidenti sözünü deyir və edir. 200 illik saxta iddia cəmi 23 saata darmadağın edildi. Bir sutkanı belə keçməyən bu antiterror tədbirlərində Qarabağdakı qondarma rejimin başbilənləri bir daha anladılar ki, ordumuzun qarşısında tab gətirmək imkanları yoxdur və Azərbaycan mərkəzi hakimiyyətinin şərtlərini qəbul et Vətən müharibəsi erməni separatçılarının və dünya erməniliyinin Qarabağla bağlı status iddialarına birdəfəlik son qoydu. 23 saat çəkən antiterror tədbirlərindən sonra isə separatçılar və onların havadarları birdəfəlik taleyin ədalətli hökmünə boyun əyməli oldular.

Artıq bütün Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərpa edildi. 200 illik erməni layihəsi tam iflasa uğradı. Bu dövlətimizin böyük qələbəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Ölkə başçımız çıxışı zamanı qeyd etmişdir ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.

Minsk qrupu yarandığı vaxtdan bir dəfədə olsun Ermənistanın işğalçılıq siyasətindən danışmadı hətta digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərədə etiraz edirdi.Bu isə işğalçı ermənilərin torpaqlarımızda bir-birinin ardınca cinayətlər törətməsinə səbəb oldu. Əslində Minsk qrupu işğalçını öz adıyla çağırmalı və onu sülhə məcbur etməli idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi  822, 853, 874, 884 saylı qətnamələri əsasında Ermənilərin Azərbaycan torpağından çıxarılması tələb edilməli idi.

Baxmayaraq ki, Minsk qrupu ikinci Qarabağ müharibəsinə qədər dəfələrlə Azərbaycana, Ermənistana səfərlər etmiş,nəticə isə Ali Baş Komandanımızın dediyi kimi   sıfıra bərabər olmuşdur. Minsk qrupunun həll edə bilmədiyi problemi 2020-ci ildə 44-günlük Vətən müharibəsində Azərbaycanın igid əsgərləri canları,qanları  bahasına hərbi yolla həll etdilər. Allah Şəhidlərimizə rəhmət etsin,qazilərimizə can sağlığı versin. Artıq Qarabağ münaqişəsi cənab Prezidentimizin yeritdiyi düzgün siyasət  sayəsində həll olunub.  Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. İşğalçı Ermənistana qarşı heç bir tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirdi ona olan ümidləri itirdi.Bu qrupun mandatı artıq etibarsız sayılır. Bir  Azərbaycan  vətəndaşı kimi ölkəmizin lideri cənab İlham Əliyevlə fəxr edirik.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki