Çinin Hubey əyalətində leysan yağışları daşqınlara səbəb olub.
Qanunla.Az xəbər verir ki, daşqınlar nəticəsində 21 nəfər həyatını itirib, 4 nəfər itkin düşüb.
3000-ə yaxın ev və mağaza su altında qalıb, onlardan 221-i tamamilə çöküb.
Təbii fəlakət 8 mindən çox insana maddi ziyan vurub.