İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
XİN-dən Qanunla.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvəsində iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.