ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla oktyabrın 6-da İsrailə səfər edəcək.
Qanunla.Az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
“CENTCOM-un rəhbəri Maykl Kurilla İsrail hərbi komandanlığı ilə məsləhətləşmələr aparmaq üçün oktyabrın 6-da İsrailə gedəcək”, – məlumatda bildirilib.
Onun səfərində məqsəd İranın raket hücumuna İsrailin mümkün cavabı ilə bağlı məsləhətləşmələr aparmaqdır.