image-qanunla-reklam
image-1739076817-67bff281-4c4e-3b76-bc17-abce8bb74657_850

“Çelsi” “Brayton”a UDUZDU

image-lady-day-az

“Brayton” İngiltərə Kubokunun dördüncü raundunda evdə “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.

Qanunla.az xəbər verir ki, qalib komandanın qollarını Jorjinyo Rutter (12-ci dəqiqə) və Kaoru Mitoma (57) vurub.

Matçın 5-ci dəqiqəsində “Brayton”un qapıçısı Bart Verbrüqgen avtoqol vurub. “Brayton”un 5-ci raunddakı rəqibi daha sonra müəyyənləşəcək.

“Çelsi” 8 dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda son 2018-ci ildə lider olub. “Brayton” 1983-cü ildə “Mançester Yunayted”ə məğlub olaraq bir dəfə turnirin finalında çıxış edib. Keçən mövsüm kuboku “Mançester Yunayted” qazanıb, “Arsenal” isə 14 dəfə titul qazanaraq ən çox kubok rekorduna sahib olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki