image-qanunla-reklam
image-431475277_966005908212521_5950428177991176452_n

Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq

image-lady-day-az

Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq.

 Novruz bayramı təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif dövlətlərində, əsasən türkdilli dövlətlərdə də bay­ramı kimi qeyd olunur.Bu, bəşəriliyə çağırışdır. Novruz bayramı bəşəriliyə sevgi aşılayan bayramdır. Novruz bayramının hər gəlişi əsrlərdən bəri insanlarda bolluğun, bərəkətin və xeyirxahlığın simvolu kimi qəbul edilmişdir.Təbiət qış yuxusundan oyanır, yurdumuza, elimizə, obamıza yaz gəlir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir.Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz hədiyyədir. Novruz bayramı milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır.Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizi bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.  Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyirdi: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, şəhidlərimizin qanı bahasına şanlı Azəırbaycan ordusu Vətən müharibəsində qələbə çaldı. Azərbaycan xalqı bu gün Novruz Bayramını öz ərazi bütövlüyünü tam tamin edərək, işğaldan azad edilmiş bütün torpaqlarında qeyd edir. Bu xoşbəxtliyə görə hər birimiz şəhidlərimizə, xalqımızın qəhrəman övladlarına borcluyuq. Qeyd edim ki, Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini əks etdirir. Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndidəki Zəfər meydanında novruz tonqalı qalaması bir daha onun təsdiqidir ki, Azərbacan dövləti və xalqı separatizmin və terrorçuluğun kökünü kəsdi və daha doğma torpaqlarımızda ancaq bayram tonqalları qalanacaq. Ölkəmizin başçısı dedi: “Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir.Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər.

Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti

 

 

Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik.

Novruz bayramı bir dəyər kimi xalqımızı bütünlüklə təsdiq edən bənzərsiz bayramdır. Bu bayram təkcə təbiətin dirilişi deyil ,həm də insan düşüncəsinin yenilənməsidir. Novruz Bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. Hələ 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında deyirdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Novruz fəlsəfəsi: dörd ünsür, dörd bayram çərşənbəsi. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramının özünə məxsus adətləri var.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”,“səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd,su, sünbül və süzmə süfrədə olması vacib şərtdir.Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.

Bu gün Azərbaycan xalqı ilk dəfə olaraq Novruz bayramını Xankəndidə, Xocalıda qarşılayacaqdır. Bu çox qürurverici tarixi hadisə olacaqdır. Əminəm ki, bundan sonra Bahar bayramını daim Qarabağ və Şərqi Zəngəzurda qeyd edəcəkdir. Qoy bu Novruz bayramı el-obamıza sülh, əmin-amanlıq, xalqımıza ruzi-bərəkət bəxş etsin!

Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti

 

 

Ordu quruculuğu.

Novruz xalqımızın tarixində, adət-ənənəsində, milli ruhunda dərin izlər buraxıb. Həm də Bahar bayramı adlandırılan bu gün milli həmrəyliyimizin, qonaqpərvərliyimizin, əliaçıqlığımızın vacib bir nümunəsidir. Bu il Azərbaycan xalqı Baharı 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda qarşılayacaq ki, bunun da çox böyük anlamı vardır. Axı Bahar bayramı həm də təbiətin oyanması, ətraf aləmin yaşıla bürünməsinin təntənəsidir. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə Novruz bayramı haqqında dərin məzmunlu fikirlər səslədirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi daimi və davamlı olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan 20 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Zəfərlə başa vurdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi.

Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki