Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya 650 ədəd çoxməqsədli “LMM Martlet” raketləri verəcək.
Qanunla.Az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, müqavilənin qiyməti 162 milyon funt-sterlinq (200 milyon dollar) təşkil edəcək.
Bildirilib ki, yeni hərbi yardım paketini Britaniya müdafiə naziri Con Hili “Ramşteyn” bazasında Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında elan edəcək.