image-qanunla-reklam
image-202894_1776851403554724429_1200x630

Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər

image-lady-day-az

Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər

Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir. Azərbaycan və Latviya arasında diplomatik əlaqələr hər zaman qarşılıqlı hörmət, suverenlik və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas və etibarlı təminatçılarından birinə çevrilmişdir. Latviya isə Avropa İttifaqının fəal üzvü kimi Azərbaycanın Avropa məkanında ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni yaxınlaşdıran ən mühüm amillərdən biri hər iki xalqın öz müstəqilliyini hər şeydən əziz tutmasıdır. İstisnasız olaraq milli maraqlardan çıxış edən Bakı və Riqa, eyni zamanda Avrasiya məkanında sülhü, təhlükəsizliyi və iqtisadi fəallığı təşviq edən ortaq platformalarda çıxış edirlər.

Dövlət başçılarının bəyanatlarında xüsusi vurğulandığı kimi, ötən həftə Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və bu səfər çərçivəsində təşkil olunan biznes-forum iqtisadi əlaqələrimiz üçün yeni imkanlar pəncərəsi açdı. Azərbaycanın qeyri-neft sektoruna olan xarici investisiya marağı və Latviya şirkətlərinin yüksək texnoloji təcrübəsi qarşılıqlı faydalı əməkdaşlıq üçün münbit şərait yaradır. Xüsusilə nəqliyyat, loqistika, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrindəki perspektivlər ticarət dövriyyəsinin kəskin artmasına xidmət edəcəkdir. Baltik dənizi ilə Xəzər dənizi arasındakı tranzit dəhlizlərinin optimallaşdırılması hər iki ölkəni mühüm loqistik mərkəzə çevirir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki