Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsi ölkəmizdə səfərdə olarkən müzakirə edilən əsas məsələlərdən biri Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik, regional inkişaf və ətrafda baş verən hadisələr olmuşdur. Prezident cənab İlham Əliyev latviyalı həmkarına Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları verdi. Bildirdi ki, əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.
Azərbaycan-Latviya arasında münasibətlərin çox möhkəm çərçivəyə əsaslanması onun mühüm hissəsi olaraq dövlət başçılarının şəxsi münasibətlərini dayanır. Prezident cənab İlham Əliyev mətbuata birgə bəyanatlarında da bu məqama xüsusi diqqət yönəltdi. Prezident cənab İlham Əliyevin “Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm” fikirlərinin davamı olaraq Latviya Prezidenti Edqars Rinkeviçs bildirdi ki, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır. Azərbaycanda ilk dəfə 2002-ci ildə olduğunu və ondan sonrakı dövrdə ölkəmizə dəfələrlə səfər etdiyini bildirən Latviya Prezidenti hər zaman ölkəmizi, xüsusilə də paytaxt Bakımızı inkişaf etdiyini gördükdə heyran qaldığını xüsusi vurğuladı. Onu da qeyd etdi ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc





















