image-qanunla-reklam
image-431450845_966005921545853_1955287986735674645_n

Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq

image-lady-day-az

Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin başçısı deyib: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.

Milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunması və gələcək nəsilllərə çatdırılması hər kəsin qarşısında dayanan vətəndaşlıq borcudur. Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda  xoş əhval-ruhiyyə, qürur hissi yaradır. Artıq dörd ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı xalqımızın   səbirsizliklə gözlədiyi gün idi. Dövlət başçısı böyük qürur hissi ilə qeyd etdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki,  özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Novruz  dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz  insanları birliyə, həmrəyliyə çağırış edir,  dostluq,  səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım  həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir. Dövlət başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Bərpa-quruculuq işləri davamlı olaraq aparılır

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Novruz bayramı ərəfəsində Xankəndinə səfərinin, Novruz tonqalını məhz bu azad məkanda alovlandırmasının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Xankəndidən  Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi: “Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”.

Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz bu illərdə  sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Artıq dördüncü  ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident cənab İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Eyni zamanda qeyd edilməlidir ki, ölkə başçısı dördüncü ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Ötən ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyimizi tam bərpa etdi və bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. İyirmi il ölkəmiz torpaqlarımızın azad olunmasına hazırlaşmışdır. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedib. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Cənab Prezident vurğuladı ki, “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.

Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkə başçımızın da qeyd etdiyi kimi Azərbaycanın  Hərbi gücünü  artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğuladı ki, “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki