HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs əldə etmək səylərinə kömək etməyib.
Qanunla.Az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında deyib.
Bayden bildirib ki, Fələstin qruplaşmasının lideri İsmayıl Haniyən heç bir atəşkəsə töhfə verməyib.
ABŞ prezidenti əlavə edib ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı birbaşa danışıb.