image-qanunla-reklam
image-1652939155-bicaq_0322

Bakıda məktəbdə şagird BIÇAQLANDI

image-lady-day-az

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

“Qanunla.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki